Operativ Məlumat Mərkəzi

Mərkəzi Bank: "Son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanları artıb"

2 dəq
Paylaş:
Mərkəzi Bank: "Son 6 ildə aşkar edilmiş saxta 100 manatlıq pul nişanları artıb"

Ötən il Mərkəzi Bankı (AMB) tərəfindən ümumilikdə 452 saxta pul nişanı aşkar edilib, bunun 323100 pul nişanı olub.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.

Onun sözlərinə görə, 2021-ci ildə isə ümumilikdə 358 saxta pul nişanı aşkar edilib ki, bunun da 282-si 100 manatlıq pul nişanı olub.

"2006-cı ildən 2022-ci ilə qədər tərəfindən 10 095 ədəd saxta pul aşkar edilib. Son 4 ildə saxta pullar üzrə 20 açılıb. 2017-ci ildən başlayaraq son 4 ildə milli valyutanın saxtalaşdırılnasına azalma olsa da, son 6 ildə aşkar saxta 100 manatlıq pul nişanlarının artım tempi müşahidə edilir. Tədavüldə hər 660 minədək kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb", - deyə N.Pənahlı bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax