Operativ Məlumat Mərkəzi

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

3 dəq
Paylaş:
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

Elm və Təhsil Nazirliyinin dəstəyi və “ bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə start verilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.

Hakatonda iştirak üçün codehour.edu.az saytı üzərindən aparılır.

İlkin qeydiyyat mərhələsində respublika üzrə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat mərhələsində verilən tapşırıqları uğurla yerinə yetirən I mərhələyə vəsiqə qazanacaqlar. Müsabiqənin bütün sınaqları iştirakçılar üçün müvafiq qruplar (8-9-cu və 10-11-ci siniflər) çərçivəsində aparılacaq.

Dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər müsabiqədə fəal iştirak edən üçün 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün maarifləndirici sessiya və seminarlar təşkil ediləcək ki, bu da onların bilik və bacarıqlarının inkişafına töhfə olacaq.

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Qeyd edək ki, “Məktəblilərarası Milli Hakaton - 2025” çərçivəsində 3-5 mart tarixlərində ümumi təhsil müəssisələrində “Milli Hakaton həftəsi” elan edilib. Bu müddət ərzində məktəblərdə informatika dərsləri “Məktəblilərarası Milli Hakaton”a həsr olunub. Həftə çərçivəsində şagirdlər proqramlaşdırma üzrə hakatonda iştirak etmək üçün ilk tapşırıqları yerinə yetiriblər. Uğur qazanan şagirdlər hakatonun növbəti mərhələsində iştirak imkanı əldə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr