Operativ Məlumat Mərkəzi

Məktəblərdə şagirdlər arasında baş verən anlaşılmazlıqların səbəbləri açıqlanıb

2 dəq
Paylaş:
Məktəblərdə şagirdlər arasında baş verən anlaşılmazlıqların səbəbləri açıqlanıb

arasında baş verən anlaşılmazlıqların səbəblərindən biri də müəllimlərin uşaqlara münasibətdə onların yaşına olaraq psixoloji durumunu nəzərə almaması ilə bağlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə məruzədə bildirilib ki, bu baxımdan, müəllim- münasibətlərinin tənzimlənməsində psixoloqların müəllimlərlə və valideynlərlə əməkdaşlığı önə çəkilməli, təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından müdafiə etmək, zərərli vərdişlərdən çəkindirmək, şagirdlərin təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etməklə onlarla müvafiq profilaktik işin aparılması zəruridir.

Ümumiyyətlə, qeyd olunan problemlərin həllində, uşaqlarda yarana biləcək hər hansı psixoloji gərginlik halının qarşının alınmasında məktəb psixoloqlarının rolu xüsusi vurğulanmalı, müəssisələrində psixoloqlara ayrılan ştat vahidinin şagird sayına uyğunlaşdırılması üzrə tədbirlər həyata keçirilməlidir.

Həmçinin sənəddə yer alan məlumata əsasən, hazırkı vaxtadək öz həllini tapmayan məsələlərdən biri də tədris prosesində istifadəsi tələb olunan iş dəftərlərinin şəxsi vəsait hesabına alınmasıdır. Məlum olduğu kimi, orta təhsil İcbari və dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün dərsliklər və onların komplektləri də şagirdlərə ödənişsiz təqdim edilməlidir. Odur ki, dərsliklərlə yanaşı, digər köməkçi vəsaitlərin də şagirdlərə dövlət hesabına verilməsi vacibdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax