Əsas məzmuna keç

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - 05.02.2025

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - 05.02.2025

elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləri ilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə təyin ediliblər. Qeyd edək ki, Vəfa Yaqublu...

və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləri ilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə təyin ediliblər.

Qeyd edək ki, Vəfa Yaqublu müxtəlif dövrlərdə müəssisələrində müəllim, baş müəllim, Elm və Təhsil Nazirliyində baş məsləhətçi vəzifələrində çalışıb.

O, 2022-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbələrinin müdiri olub. V.Yaqublu Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda "Rus dili və ədəbiyyat müəllimliyi" ixtisası üzrə təhsil alıb.

Arslan Hacıyev isə 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə işləyib. Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Arslan Hacıyev yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, daha sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Niderlandın "Maastricht School of Management" və ADA Universitetində " biznes" ixtisası üzrə təhsilini davam etdirib.

Həmçinin o, 2020-ci ildə Layihələrin idarə edilməsi üzrə beynəlxaq sertifikat ("Project Management Professional" (PMP)) əldə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…