Operativ Məlumat Mərkəzi

Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start verilib

2 dəq
Paylaş:
Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start verilib

təhsil müəssisələrinin müdirlərinin və tərbiyəçi müəllimlərinin yerdəyişməsinə start verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin yerdəyişməsi onların müraicətləri əsasında MÜTDA-nın yerli bölmələri tərəfindən həyata keçirilir. Bu məqsədlə komissiyalar yaradılıb. Müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair təsdiqləyici sənəd təqdim edildikdə baxılır. Mövcud vakant yerə birdən çox müraciət olduqda şəhid ailəsi üzvlərinə, daha yüksək təhsil pilləsini bitirənlərə, pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə verilir. Bildiririk ki, tərbiyəçi-müəllimlərinin yerdəyişməsi üçün müraciət qəbulu ildə bir dəfə, hər il aprel ayında həyata keçirilməlidir. İş yerlərini digər regionlardan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və rayonunda məktəbəqədər təhsil müəssisələrinə dəyişmək istəyən şəxslər işə qəbul üzrə müvafiq müsabiqədə iştirak edə bilərlər. Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin yerdəyişməsi müraciətlərinə baxılarkən namizədin intizam tənbeh tədbirinin, rəhbərlik etdiyi müəssisədə nöqsanların olub-olmaması, idarəetmə stajı, təhsil səviyyəsi kimi tələblər nəzərə alınır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax