Operativ Məlumat Mərkəzi

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək - 24.06.2025

2 dəq
Paylaş:
Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək - 24.06.2025

Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə müəssisələrində də həyata keçirilə biləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər. Beləliklə, bu sıraya məktəbdənkənar təhsil müəssisələri əlavə edilir.

“Məktəbəqədər təhsil haqqında” qanuna da anoloji dəyişiklik təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax