Operativ Məlumat Mərkəzi

Mehriban Əliyeva ailəsi ilə Böyük Xalq Sarayında oldu

2 dəq
Paylaş:
Mehriban Əliyeva ailəsi ilə Böyük Xalq Sarayında oldu

Aprelin 23-də Respublikasının birinci xanımı , qızı və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Pekinin mərkəzində, Tiananmen meydanının qərb tərəfində Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqan olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır.

Çin Xalq Respublikasının qurulmasının 10-cu ildönümü ilə əlaqədar inşa Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Kompleksə Böyük və Əsas auditoriumlar, Konqres, ziyafət, rəsmi qonaqların qarşılanması zalları, Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin ofis binası daxildir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adına zallar var.

Saray dövlət tədbirlərinin olmadığı vaxtlarda ayın müəyyən günlərində ictimaiyyətin ziyarəti üçün açıq olur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax