Operativ Məlumat Mərkəzi

Məhkəmə: Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub

2 dəq
Paylaş:
Məhkəmə: Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın silahlı qüvvələri tərəfindən işğalı zamanı çəkilən nümayiş olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, videokadrlarda öldürülərək yandırılmış polislərinin nəşləri görünür.

Kadrlarda Ermənistan ordusunun hərbçiləri danışırlar. Onlar deyirlər: “Biz bu yüksəkliyi götürmüşük. Buradan o tərəfə İrandır. Bundan sonra Zəngilana gedəcəyik. O tərəflərdə - Araz tərəfdə Zəngilandır. Babalarımızın vəsiyyətini həyata keçirdik, öz məqsədimizə çatmışıq".

Ermənistan ordusunun hərbçiləri üzərində “Daşnaksütyun” yazılmış bayrağın fonunda "Qalx daşnak Dro" mahnısı oxuyurlar.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə , müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 16-da davam etdiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax