Operativ Məlumat Mərkəzi

MEDİA-da Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

2 dəq
Paylaş:
MEDİA-da Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

29 sentyabr tarixində Medianın İnkişafı Agentliyində (MEDİA) II Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan ilə görüş keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Medianın İnkişafı Agentliyindən məlumat verib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlərin icrasından bəhs edib, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən media sferasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, birgə layihələrin təşkili, həmçinin peşəkar kadrların inkişafına yönəlmiş təşəbbüslər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.

Özbəkistan nümayəndə heyətinin rəhbəri Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin medianın inkişafı sahəsində də mühüm nəticələr verdiyini qeyd edib, informasiya mübadiləsinin intensivləşməsi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, media forumlar iki qardaş ölkənin media sahəsində yeni imkanlarını müəyyənləşdirmək və gələcək hədəfləri birgə planlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax