Əsas məzmuna keç

Mədəniyyət naziri Dövlət Pantomima Teatrında olub

Mədəniyyət naziri Dövlət Pantomima Teatrında olub

Mədəniyyət naziri Adil Kərimli və nazirliyin bir qrup əməkdaşı Azərbaycan Dövlət Pantomima Teatrında olub. Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

naziri Adil Kərimli və nazirliyin bir qrup əməkdaşı Dövlət Pantomima Teatrında olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, nümayəndə heyətinə teatrın tarixi, fəaliyyəti, nailiyyətləri, o cümlədən festivallarda Azərbaycan teatr sənətini uğurla təmsil etməsi barədə məlumat verilib.

Nazir Dövlət Pantomima Teatrının binası, kollektivin yaradıcılıq , truppası və repertuarı ilə tanış olub.

Sonra nazirliyin kollektivi teatrın repertuarından iki nümunəyə tamaşa edib.

Teatrın artistlərinin ifasında Xalq artisti Bəxtiyar Xanızadənin quruluş verdiyi “Pantomim buketi” və Bəhruz Əhmədlinin quruluşunda A.Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “6+1 palata” tamaşaları nümayiş olunub.

Hər iki səhnə əsəri maraqla qarşılanıb. Nazir Pantomima Teatrının kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…