Operativ Məlumat Mərkəzi

Mattarellanın rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - FOTOLAR

1 dəq
Paylaş:
Mattarellanın rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - FOTOLAR

Sentyabrın 30-da Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Mattarellanın rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri dəstəsi düzülmüşdü.

İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi.

İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.

Azərbaycan və İtaliya prezidentləri rəsmi foto .

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax