Operativ Məlumat Mərkəzi

Masallıda narkotik dövriyyəsinə görə 21 nəfər tutulub

2 dəq
Paylaş:
Masallıda narkotik dövriyyəsinə görə 21 nəfər tutulub

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə görə 21 nəfər saxlanılıb.

DİN-in xidmətinin qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilən tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 21 nəfər saxlanılıb.

Şəxsi zamanı onlardan hazır bükümlərdə qablaşdırılan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax