Operativ Məlumat Mərkəzi

Masallıda ata qızını bıçaqla qətlə yetirib - YENİLƏNİB

2 dəq
Paylaş:
Masallıda ata qızını bıçaqla qətlə yetirib - YENİLƏNİB

Noyabrın 7-də saat 05 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1969-cu il təvəllüdlü Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanıb.

Hüseyn iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Noyabrın 07-də saat 04 radələrində Masallı rayonu rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası 1969-cü il təvəllüdlü Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax