Operativ Məlumat Mərkəzi

Masallı sakinindən odlu silah və narkotik götürülüb

1 dəq
Paylaş:
Masallı sakinindən odlu silah və narkotik götürülüb

Masallı Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli rayonun qəsəbə sakini Zaur Rufullayev saxlanılıb.

DİN-in Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan TOZ-8 markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax