Operativ Məlumat Mərkəzi

Martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

2 dəq
Paylaş:
Martın 2-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində imtahanının nəticələri elan olunub.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola .

İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax