Operativ Məlumat Mərkəzi

Marketlərdən siqarət oğurlayan şəxslər tutuldu

2 dəq
Paylaş:
Marketlərdən siqarət oğurlayan şəxslər tutuldu

Nizami rayonu Keşlə qəsəbəsində marketlərdən silsilə oğurluq edilib.

DİN-in xidmətindən "Operativ Məlumat Mərkəzi - OMM"-ə verilən xəbərə görə, naməlum şəxslər obyektlərə daxil olaraq orada olan kassa aparatı, pul, tütün məmulatları və saxlanc yerindən bir ədəd dəyəri 900 manat olan fotoaparat oğurlayıblar. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Alıbəy Abdurəhimov, Ədhəm Alubeydi və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Bu şəxslərin mağazalardan oğurluqlar etməsi kameraları vasitəsi ilə anbaan lentə alınıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Alıyev saxlanılıb. Bu şəxsdən heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri Peyman adlı şəxsdən aldığını bildirib. Bölmə əməkdaşları tərəfindən həmin şəxs – Peyman Əliyev də saxlanılıb. Onun üzərindən isə 1 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax