Operativ Məlumat Mərkəzi

Maliyyə Nazirliyinin büdcədənkənar vəsaitdən istifadəsi ilə bağlı qayda təsdiqlənib

1 dəq
Paylaş:
Maliyyə Nazirliyinin büdcədənkənar vəsaitdən istifadəsi ilə bağlı qayda təsdiqlənib

Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə onun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı qərar imzalayıb.

Qayda “Dövlət rüsumu haqqında” Qanunun 4.3-3-cü maddəsinə əsasən təsdiq edilib. Sənədə əsasən, vəsait dövlət mülkiyyəti hesab olunur və Maliyyə Nazirliyinin sərəncamında qalır. Onun sərəncamçısı dəyişdirilə bilməz. Bu vəsaitin təyinatına uyğun istifadəsi üçün Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılacaq.

Bundan əlavə, büdcədənkənar vəsaitin Maliyyə Nazirliyinin Aparatı və strukturuna daxil olan qurumlar arasında bölgüsü müvafiq əmrlə tənzimlənəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax