Operativ Məlumat Mərkəzi

Macarıstan dövlət başçısı Azərbaycana başsağlığı verdi

2 dəq
Paylaş:
Macarıstan dövlət başçısı Azərbaycana başsağlığı verdi

"Azərbaycanın İrandakı səfirliyində baş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı ".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti Katalin Novak tviterdə paylaşım edib.

"Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm", - Macarıstan Prezidenti bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax