Əsas məzmuna keç

Maaşının azaldılmasına razı deyil

Maaşının azaldılmasına razı deyil

argentinalı forvard maaşının 75 faizinin azaldılması ilə razılaşmaq niyyətində deyil. Bu səbəbdən, o, cari mövsümün sonunda Liqa 1 təmsilçisindən ayrıla...

PSJ-ni tərk etməyə yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Ekip” nəşrinə istinadən xəbər verir ki, argentinalı maaşının 75 faizinin azaldılması ilə razılaşmaq niyyətində deyil. Bu səbəbdən, o, mövsümün sonunda Liqa 1 təmsilçisindən ayrıla bilər.

Son dünya çempionunun karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variant kimi “Barselona” nəzərdən keçirilir.

PSJ Fransa çempionatının 29-cu turunda “Lion”a uduzub (0:1). Paytaxt təmsilçisinin azarkeşləri həmin qarşılaşmada Messini fitə basıblar.

35 hücumçu 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçib. O, cari mövsümdə Paris klubunun heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…