Operativ Məlumat Mərkəzi

Lökbatanda gənc oğlan öldürülüb

1 dəq
Paylaş:
Lökbatanda gənc oğlan öldürülüb

Lökbatanda 26 yaşlı şəxsin öldürülməsi ilə bağlı başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qaradağ rayon prokurorluğu məlumat yayıb.

İyunun 25-i, saat 00:25 radələrində 1997-ci il təvəllüdlü Həsən Hudulovun -deşilmiş xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Həsən Hudulovun Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq- tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax