Operativ Məlumat Mərkəzi

Liviyada 2,5 ton uran itib

2 dəq
Paylaş:
Liviyada 2,5 ton uran itib

BMT-nin müfəttişləri bildiriblər ki, Liviyanın şərqində bir ərazidə saxlanılan təxminən 2,5 ton təbii itib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadla xəbər verir ki, Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi təşkilata üzv dövlətlərə göndərdiyi məlumatda müfəttişlərin tərkibində uran filizi konsentratı olan 10 barabanın itdiyini qeyd edib. Onun bəyanatında vurğulanıb ki, "nüvə materialının yeri ilə bağlı məlumatların itirilməsi nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqla yanaşı, radioloji risk də yarada bilər".

BAEA-nın rəhbəri bəyan edib ki, hazırkı vəziyyət dərhal aradan qaldırılmalı və itmiş uranla bağlı təhqiqat aparılmalıdır. “Agentlik bununla əlaqədar beynəlxalq nüvə təhlükəsizliyi standartlarının və nüvə təhlükəsizliyi təlimatlarının həyata keçirilməsi üçün lazımi yardımı göstərməyə hazırdır”, -deyə R.Qrossi bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax