Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Leyla və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

2 dəq
Paylaş:
Leyla və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

və Alona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər.

Mərkəzə gələn Leyla Əliyeva və Alona Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və ağaclar əkiblər.

Daha sonra öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib.

Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax