Operativ Məlumat Mərkəzi

Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

2 dəq
Paylaş:
Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

Fondunun vitse-prezidenti Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını Vo Ti An Suana çatdıran Leyla Əliyeva səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin bundan sonra da əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Azərbaycan və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra əməkdaşlığın və siyasi dialoqun intensivləşdiyi bildirilib.

Dövlətlərarası diplomatik münasibətlərlə yanaşı, xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Hanoy Ticarət və Kollecində, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub, təhsil, sosial və ətraf mühitin qorunması sahələrində layihələrin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Görüşdə, həmçinin hər iki ölkənin turizm potensialının inkişafı baxımından və ayrı-ayrı sahələri əhatə edən mübadilə proqramlarının icrası, iki ölkə mədəniyyətinin daha yaxından tanıdılması üçün tədbirlərin təşkili məsələləri diqqət mərkəzində olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax