Operativ Məlumat Mərkəzi

Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlanıb

1 dəq
Paylaş:
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlanıb

Lerikdə polisin keçirdiyi əməliyyatla 10 narkotik aşkarlanıb.

DİN-in Xidmətinin cənub regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" verilən məlumata görə, çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı əməkdaşları tərəfindən alınıb.
Qeyd edilən əməli törədən şəxslər - Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onlardan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı başlanılıb, araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax