Operativ Məlumat Mərkəzi

Lənkəranda qarın hündürlüyü 52 sm-ə çatır

1 dəq
Paylaş:
Lənkəranda qarın hündürlüyü 52 sm-ə çatır

Yanvarın 14-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı davam edir, hazırda bəzi ərazilərə qar yağır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edək ki, ən çox qar Cənub bölgəsində müşahidə olunur. Hazırda qarın hündürlüyü Lənkəranda 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 sm-dir.

Havanın temperaturu Bakıda və yarımadasında 1 dərəcəyə yaxın, Naxçıvan MR-da 3 , Aran rayonlarında 2 dərəcəyədək şaxta, rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta müşahidə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax