Əsas məzmuna keç

Latviya Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Latviya Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Prezidenti Eqils Levitsin Azərbaycana səfər proqramı açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Latviya Prezidentinin xidmətinə istinadən xəbər verir.

Məlumatda bildirilib ki, Eqils Levits martın 8-9-da Azərbaycanda rəsmi səfərdə olacaq.

O, səfər çərçivəsində İlham Əliyevlə görüşəcək və X Bakı Qlobal Forumunun açılışında iştirak edəcək.

Qeyd olunub ki, həmçinin Latviya Prezidenti ADA Universitetini ziyarət edəcək, iş adamları ilə görüşlər keçirəcək, İ.Kruminas və R.Deqatinin sərgilərinə baş çəkəcək.

Həmçinin E.Levits Yazep Medınışa həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak edəcək.

“30 ildir ki, Latviya və arasında sıx ikitərəfli münasibətlər var. Azərbaycan Prezidentinin və Qlobal Bakı Forumunun təşkilatçılarının dəvəti ilə baş tutacaq səfər iki ölkəyə regional təhlükəsizliyə dair cari çağırışları, həmçinin bərpa olunan sahəsində ümumi tərəqqi nəzərə alınmaqla enerji sektorunda əməkdaşlığı müzakirə etmək imkanı verəcək”, - məlumatda qeyd edilib.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…