Operativ Məlumat Mərkəzi

Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

2 dəq
Paylaş:
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Respublikasının Prezidenti Egils martın 8-də Şəhidlər xiyabanını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Latviya Prezidenti Egils Levits Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Latviya Prezidenti “Əbədi məşəl” abidəsinin əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Latviyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax