Operativ Məlumat Mərkəzi

Laos Prezidenti İlham Əliyevi təbrik edib

1 dəq
Paylaş:
Laos Prezidenti İlham Əliyevi təbrik edib

Laos Respublikasının Prezidenti Thonqlun Sisulit Respublikasının Prezidenti İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənərək genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali missiyanızda uğurlar, Azərbaycan xalqına isə davamlı əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax