Operativ Məlumat Mərkəzi

Lənkəranın Viravul kəndində yaşayış evi yanıb

1 dəq
Paylaş:
Lənkəranın Viravul kəndində yaşayış evi yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” telefon xəttinə rayonunun kəndində fərdi evində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200kv.m. olan dördotaqlı evin bir otağının yanar konstruksiyaları 12kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax