Operativ Məlumat Mərkəzi

Laçın şəhəri və Zabux kəndinə köç olub

2 dəq
Paylaş:
Laçın şəhəri və Zabux kəndinə köç olub

Laçın şəhəri və Zabux kəndinə növbəti köç yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür.

Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Köçürülənlərin vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax