Əsas məzmuna keç

Laçın, Füzuli və Zəngilana köçürüləcək ailələrin tibbi müayinələri aparılıb

Laçın, Füzuli və Zəngilana köçürüləcək ailələrin tibbi müayinələri aparılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən bildirilib.

"Böyük " layihəsi çərçivəsində icbari hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunub.

Ümumilikdə, 186 ailə (705 nəfər) müayinələrə cəlb olunub. Biokimyəvi laborator analizlər, döş qəfəsinin rentgenoskopiyası (flüoroqrafiya), elektrokardioqrafiya (EKQ), tam abdominal USM müayinələri həyata keçirilib.

Müayinələr TƏBİB-in tabeliyindəki Bərdə, Göyçay, Qax, Tərtər, Xaçmaz, Yevlax, Şirvan, Mingəçevir, Sumqayıt, Abşeron, Lökbatan, Binəqədi, Sabunçu, Suraxanı, Nizami, Xətai üzrə müvafiq tibb müəssisələrində, eləcə də Yeni Klinikada təşkil edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə çərçivəsində reallaşdırılan bu müayinələrin əsas məqsədi işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…