Əsas məzmuna keç

Kürdəmirdə mikroavtobus "KamAZ"a çırpılıb, 2 nəfər ölüb, 8 nəfər yaralanıb - ADLAR - YENİLƏNİB-2

Kürdəmirdə mikroavtobus "KamAZ"a çırpılıb, 2 nəfər ölüb, 8 nəfər yaralanıb - ADLAR - YENİLƏNİB-2

bu, Həmidə Quliyevadır. Qəza zamanı Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar...

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzası ilə bağlı başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 2 nəfər öldüyü, 8 nəfərin yaralandığı hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

15:04***

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada ölən şəxslərdən birinin kimliyi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Həmidə Quliyevadır.

Qəza zamanı Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu, Mehdiyev Eldəniz Zahid oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

14:53***

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan qarşısında hərəkət edən mişar daşı ilə dolu "" markalı yük maşınına çırpılıb.

Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…