Operativ Məlumat Mərkəzi

Kür çayında qayıqda köməksiz qalan şəxslər xilas edilib

1 dəq
Paylaş:
Kür çayında qayıqda köməksiz qalan şəxslər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” xəttinə Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən səbəbindən 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib və qayıq yedəyə alınaraq sahilə çıxarılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax