Əsas məzmuna keç

Külli miqdarda narkotiki ölkəyə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Külli miqdarda narkotiki ölkəyə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı...

Dövlət Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin ərazisində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Respublikası istiqamətində keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətinin Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış, sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerindən uzaqlaşmağa çalışan “Hyundai” markalı 77-RA-376 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi yerli əhalinin köməyilə saxlanılmış və avtomobilə baxış zamanı ümumi çəkisi 12 kiloqram 600 qram marixuana aşkar olunaraq götürülüb.

İlkin dindirmədə saxlanılan şəxslərin Bakı şəhər sakini – 1998-ci il təvəllüdlü Şahtaxtinski Aqşin İlqar oğlu və Füzuli rayon sakini 2003-cü il təvəllüdlü Əliyev Rinad Ələddin oğlu olması müəyyənləşdirilmiş, onlar törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiklərini bildirib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…