Operativ Məlumat Mərkəzi

Kosovo və Malta NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

1 dəq
Paylaş:
Kosovo və Malta NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

NATO Assambleyasının (NATO PA) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Yaz Toplantısında Assambleyaya üzv qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İclasda 1 "xeyr" və 14 "bitərəf" səsinə baxmayaraq, Kosova və Malta səs çoxluğu ilə Assambleyanın assosiativ üzvlüyünə qəbul edilib.

“müşahidəçi” olan Kosovo və Malta assosiativ üzvlüyə qəbul olunduqları üçün Parlament Assambleyasında bəzi əlavə prioritetlərə malik olacaqlar. NATO Parlament Assambleyasında nümayəndələrinin sayını artıra bilən iki ölkə gələcək qərarların qəbulu mexanizmlərində də rol oynaya və müəyyən əlavə şərtlərlə üçüncü ölkələrə səfər edəcək müxtəlif komitə nümayəndə heyətlərində iştirak edə biləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax