Operativ Məlumat Mərkəzi

"Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

1 dəq
Paylaş:
"Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, " kursu"nun növbəti mərasimi keçirilib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər məzunlara rəhbərliyinin təbriklərini çatdırıb, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyəti xüsusi vurğulanıb.

Buraxılış mərasimində kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax