Operativ Məlumat Mərkəzi

KİV: "Qərb Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir, yerinə namizəd axtarır"

2 dəq
Paylaş:
KİV: "Qərb Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir, yerinə namizəd axtarır"

“Ermənistanın Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Qərb üçün əsas məsələlərdən birinə çevrilib və onun yerinə axtarılır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazıb.

Nəşrin məlumatına görə, - mümkün razılaşması ilə maraqlanan mərkəzlər, xüsusilə Qərb ölkələri sülh müqaviləsi imzalanandan sonra N.Paşinyanın hakimiyyətdə qalmasının ciddi problem olacağını anlayır.

“Qərb başa düşür ki, sülh müqaviləsi imzalanandan sonra Paşinyanın hakimiyyətdə qalması məqsədəuyğun deyil. Ona görə onlar “B planı” üzərində çalışırlar. Artıq hakimiyyətə gətirilmək üçün Qərbə meyilli bir neçə mümkün namizəd müzakirə olunur. Yeri gəlmişkən, namizədlər arasında həm Paşinyan komandasının bəzi nümayəndələrinin, həm də hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların olduğu barədə məlumatlar var”, - məqalədə vurğulanıb.

Nəşr həmçinin bildirib ki, Moskvada da bu barədə müzakirələr gedir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax