Operativ Məlumat Mərkəzi

Kişi qadını otelin 6-cı mərtəbəsindən yerə atdı - TƏFƏRRÜATLAR

2 dəq
Paylaş:
Kişi qadını otelin 6-cı mərtəbəsindən yerə atdı - TƏFƏRRÜATLAR
Bakıda oteldə qadın altıncı mərtəbədən yerə atılıb. Bu barədə"Operativ Məlumat Mərkəzi - OMM"-yə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib...

Bakıda oteldə qadın altıncı mərtəbədən yerə atılıb.

Bu barədə"Operativ Məlumat Mərkəzi - OMM"-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rayon İdarəsinin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində otellərin birində Ağcabədi rayon sakini, məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı müəyyən olunub.

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax