Operativ Məlumat Mərkəzi

Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib

1 dəq
Paylaş:
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib

Azərbaycanın fövqəladə hallar naziri - Kəmaləddin Heydərovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Mərkəzində müşavirə keçirilib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Vidadi Məmmədov, FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov və mərkəzin aidiyyəti vəzifəli şəxslərinin iştirak etdiyi müşavirədə Regional Mərkəzin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, məruzələr dinlənilib.

Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Gəncə Regional Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli zəruri məsələləri qeyd edib, müvafiq tapşırıqlar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax