Operativ Məlumat Mərkəzi

Kəlbəcərin Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkarlanıb

1 dəq
Paylaş:
Kəlbəcərin Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkarlanıb

Azərbaycanın bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda sahə aşkar olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyən edilib.

Nazirlikdən qeyd olunub ki, bu tip dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır.

Mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törətmək məqsədilə qurulan minalar Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən qaydalarına riayət edilməklə zərərsizləşdirilib və ərazidən götürülüb.

Məlumata görə, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax