Operativ Məlumat Mərkəzi

Kanada Ukraynaya 800-dən çox dron ianə edəcək

1 dəq
Paylaş:
Kanada Ukraynaya 800-dən çox dron ianə edəcək

Kanada Ukraynaya 800-dən çox “ R70” çoxməqsədli pilotsuz aparatları bağışlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Uilyam “Bill” Bler bildirib.

Ontario ştatının Vaterloo şəhərindəki “Teledyne” şirkətindən alınmış dronların dəyəri 95 milyon Kanada dollarından (70,44 milyon ABŞ dolları) çox qiymətləndirildiyi vurğulanaraq ianənin Castin Trüdonun elan etdiyi 500 milyon Kanada dolları məbləğindəki yardımla maliyyələşdirildiyi qeyd edilib.

“Bugünkü elan Ukraynanı döyüşlər üçün kritik olan hədəfləri aşkar etmək və müəyyən etmək üçün lazım olan dronlara malik olmasını təmin edir. Kanada nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq”, – Bler söyləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax