Operativ Məlumat Mərkəzi

Kamran Əliyev: Ötən il 41 nəfər minaların qurbanı olub

1 dəq
Paylaş:
Kamran Əliyev: Ötən il 41 nəfər minaların qurbanı olub

2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş Prokurorluqda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Baş prokuror bildirib ki, 41 şəxs 2024-cü ildə mina və hərbi partlayışlarının qurbanı olub.

Onlardan 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokuror, həmçinin, qeyd edib ki, 382 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax