Operativ Məlumat Mərkəzi

"Kalaşnikov" satmaq istəyən şəxs saxlanılıb

2 dəq
Paylaş:
"Kalaşnikov" satmaq istəyən şəxs saxlanılıb

Ağcabədidə silahlar və tərkibli bitki aşkalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirilən tədbiri ilə silah-sursat satmaqda şübhəli bilinən rayon sakini, əvvələr məhkum olunmuş Zahid Abdullayev saxlanılıb.

O, Ağcabədi rayon ərazisinə gəldikdən sonra özü ilə gətirdiyi "-AKMS" markalı silahı və 4 ədəd patronu satmaq istəyərkən polis əməkdaşları tərəfindən müəyyən edilərək şöbəyə gətirilib. Şöbədə onun çantasına baxış keçirilən zaman həmin silah-sursat maddi sübut kimi aşkar olunaraq götürülüb.

Bundan əlavə, digər tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd ov tüfəngi də aşkar edilərək götürülüb.

Keçirilən başqa bir əməliyyat zamanı isə narkotik tərkibli çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Xəyal Məhərrəmov da saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş çətənə bitkiləri aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax