Operativ Məlumat Mərkəzi

İtaliya XİN rəhbəri: Ukraynanın azadlığı bizim azadlığımızdır

2 dəq
Paylaş:
İtaliya XİN rəhbəri: Ukraynanın azadlığı bizim azadlığımızdır

Bu gün Ukraynanın bərpası üzrə konfrans vasitəsilə hər kəsə, ən birincisi də Rusiyaya siyasi mesaj göndəririk ki, biz hüququn müdafiəsində hamımız həmrəyik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Londonda keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxış edən İtaliyanın naziri Antoni Tayani deyib

" mesajımız odur ki, biz yalnız Ukraynanın müdafiəsində deyil, həm də qaydaların, prinsiplərin, ədalətin, sülhün, beynəlxalq hüququn müdafiəsində həmrəyik. olmadan sülhə nail olmaq olmaz, bu, mümkünsüzdür. Biz də istəyirik, ancaq ədalətsiz sülh sülh deyil. Ədalət Ukraynanın azadlığıdır. Əgər biz Ukraynanın Aİ-nin tamhüquqlu üzvü olmasına yol açmaq istəyiriksə, əgər biz qarşıdan gələn illərdə Ukraynanın NATO-nun tamhüquqlu üzvü olmasına yol açmaq istəyiriksə,Ukraynanın yenidən qurulması üçün birgə işləməliyik. İtaliya hökuməti bu strategiya ilə yaxından işləyir. Biz Ukraynanın müdafiəsində pratoqonist olmaq istəyirik, sizin azadlığınız bizim azadlığımızdır".

İtaliya xarici işlər naziri deyib ki, onun ölkəsi Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyir.

"Ukraynanın Avropa layihəsinə inteqrasiyası gələcək sülhün, çiçəklənmənin və stabilliyin qarantıdır. Siz Ukraynaya dəstəkdə İtaliyaya güvənə bilərsiniz", XİN rəhbəri vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax