Operativ Məlumat Mərkəzi

İşxanyan: Birinci Qarabağ müharibəsində tabor komandiri kimi Monte Melkonyana tabe idim

2 dəq
Paylaş:
İşxanyan: Birinci Qarabağ müharibəsində tabor komandiri kimi Monte Melkonyana tabe idim

Birinci müharibəsində tabor komandiri olarkən Monte Melkonyana tabe idim.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aprelin 3-də Bakı Məhkəməsində davam etdirilən məhkəmə prosesində şəxs David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən bu barədə bildirib.

O, müharibə zamanı Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Ağdamda hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib.

“Xocavənddə 8 tabor var idi, mən də onlardan birinin komandiri idim. Səkkiz tabor rayonun “müdafiə xətti”nə tabe idi, onun rəhbəri Monte Melkonyan, “ordu”nun komandiri isə Samvel Babayan idi”, - o bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax