Operativ Məlumat Mərkəzi

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

1 dəq
Paylaş:
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Ədliyyə Nazirliyinin xidmətinin aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı təcridxanasına maddə keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax