Operativ Məlumat Mərkəzi

İstanbulda TDT energetika nazirlərinin 5-ci iclası keçirilib

2 dəq
Paylaş:
İstanbulda TDT energetika nazirlərinin 5-ci iclası keçirilib

İstanbulda Təşkilatının energetika nazirlərinin 5-ci iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın energetika naziri Pərviz təşkilatın dünyada geosiyasi mərkəzə çevrilməsi prosesində əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb.

Nazir Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq, dəhlizin açılması istiqamətində mühüm addımların atıldığını bildirib. O, dəhlizin Türk dövlətləri arasında birliyi daha da dərinləşdirəcəyini qeyd edib:

“Bu dəhlizlərin yaradılması və perspektivdə bir-biri ilə əlaqələndirilməsi həm regional enerji ticarətini inkişaf etdirəcək, həm də qlobal bərpa olunan enerji axınlarını sürətləndirəcək. Bu layihələr ölkələrimizin Avropanın enerji təchizatındakı strateji mövqeyini daha da gücləndirərək Avrasiya məkanında enerji əməkdaşlığının yeni geoiqtisadi arxitekturasını formalaşdıracaq”, – deyə nazir bildirib.

enerji və təbii sərvətlər naziri Albarslan Bayraktar, Təşkilatının İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı olan COP31-in 2026-cı ilin noyabr ayında Antalyada keçiriləcəyini xatırladaraq, 29-cu konfransa ev sahibliyi edən Azərbaycanı təbrik edib və bütün iştirakçıları Antalyaya dəvət edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax