Əsas məzmuna keç

İsrailin sabiq hərbi prokuroru ev dustaqlığına buraxılıb

İsrailin sabiq hərbi prokuroru ev dustaqlığına buraxılıb

Yeruşalminin ev dustaqlığı 10 gün çəkəcək. O, 55 gün müddətində ittiham olunduğu məsələdə iştirakı olan heç kimlə görüşə bilməz. Sözügedən şəxs...

İsraildə 5 gün əvvəl həbs olunan , general-mayor Yeruşalmi ev dustaqlığına buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel”ə istinadən xəbər verir ki, Yeruşalminin ev dustaqlığı 10 gün çəkəcək.

O, 55 gün müddətində ittiham olunduğu məsələdə iştirakı olan heç kimlə görüşə bilməz.

Sözügedən şəxs saxtakarlıq, etimadın sui-istifadə olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə, ədalətə mane olmaq və videomaterialın qanunsuz olaraq mətbuata sızdırılmasında günahlandırılır.

Qeyd edək ki, 2024-cü ilin avqustunda İsrail hərbçilərinin fələstinli məhkuma qarşı fiziki zorakılığını əks etdirən videomaterial yayılıb. Yifat Tomer Yeruşalmi ötən həftə videonun yayılmasında rolu olduğunu etiraf edib və istefa verib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…