Operativ Məlumat Mərkəzi

İsrailin müdafiə naziri Bakıdan paylaşım edib: "Azərbaycana səfərim qısa və uğurlu oldu"

1 dəq
Paylaş:
İsrailin müdafiə naziri Bakıdan paylaşım edib: "Azərbaycana səfərim qısa və uğurlu oldu"

İsrailin Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bulvarda səhər qaçışına çıxıb.

“Bakıdan sabahınız xeyir”, - nazir tviterdə yazıb.

Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.

Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general- və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.

Görüşlərdə iki ölkə arasında hərbi sahədə məsələləri müzakirə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici şou-biznes

Hamısına bax