Əsas məzmuna keç

İsrail və Fələstin gərginliyin qarşısını almaq üçün qərar qəbul edib

İsrail və Fələstin gərginliyin qarşısını almaq üçün qərar qəbul edib

İsrail və Fələstin nümayəndə heyətləri qarşıdakı 3-6 ay ərzində birtərəfli tədbirləri dayandırmaq barədə razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

gərginliyin qarşısını almaq üçün əl-Şeyx şəhərində keçirilən iclasında qəbul edilib. Tədbirdə Misir, İordaniya və ABŞ-dan da nümayəndə heyətləri iştirak ediblər.

“İsrail hökuməti və Fələstin Milli Administrasiyası 3-6 ay müddətində birtərəfli tədbirlərə dərhal son qoymağa hazır olduqlarını və birgə öhdəliklərini təsdiqləyiblər”- məlumatda vurğulanıb.

Sənəd İsrailin yaxın dörd ayda yaşayış məntəqələrinin genişləndirilməsi və altı ay ərzində tikintiyə icazələrin verilməsinə xitam verilməsi ilə bağlı müzakirələri dayandırmasını nəzərdə tutur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…